Qəbələ və Tovuz sakinləri ehtiyatsızlıqdan odlu silahla özlərini yaralayıblar. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 9 fevral tarixində xəbər verir.
Qəbələ şəhər sakini K.Seyidov odlu silahdan açılan atəş nəticəsində özünü yaralayıb. Həmin şəxsin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində əlindən xəsarət aldığı müəyyən edilib. K.Seyidovun idarə etdiyi avtomobildən qanunsuz olaraq saxladığı həmin tüfəng aşkar edilərək götürülüb.
Analoji hadisə Tovuz rayonunda da baş verib.
Rayonun Aşağı Quşçu kəndində 65 yaşlı Arif Rəhmanov yaşadığı evin arxa tərəfində quş vurmaq istəyərkən ehtiyatsızlıqdan ov tüfəngindən açılmış atəş nəticəsində özünə xəsarət yetirib.