Qəbələdə ikimərtəbəli evdə yanğın olub. Bu barədə 23 noyabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Hadisə rayonun Vəndam qəsəbəsində baş verib.
Belə ki, ikimərtəbəli, 7 otaqlı evin ikinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları, birinci mərtəbəsində 1 otağın tavanı və bitişik olan talvarın yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.