22 yaşlı Qəbələ rayon Mamaylı kənd sakini Fərid Habil oğlu Mirzəliyev yanvarın 15-i səhər saatlarında işə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb. Bu barədə 16 yanvar tarixində Report məlumat verib.
Ailə üzvləri onunla sonuncu dəfə dünən saat 11:00 radələrində telefonla danışıblar.
F.Mirzəliyev evdən çıxarkən əynində qara rəngli idman dəsti olub.
Onun tapılması istiqamətində axtarış tədbirləri keçirilir.