Qəbələdə 4 otaqlı ev yanıb. Bu barədə 12 avqust tarixində Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə rayonun Vəndam qəsəbəsində qeydə alınıb.
Ümumi sahəsi 120 m² olan kürsülü birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.