Qəbələ rayonunun Nohurqışlaq kəndində ölümlə nəticələnən ağır yol qəzası baş verib. Bu barədə 15 iyul tarixində Report məlumat verib.
Məlumata görə, "VAZ-2106" və "VAZ-2101" markalı avtomobillərin toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüləri - 1966-cı il təvəllüdlü Akif Qara oğlu Abdurrəhmanov və 1988-ci il təvəllüdlü Anar Vüqar oğlu Nəsrullayev hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.