Qəbələdə avtomobil ağaca çarpılıb, 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Bu barədə 3 may tarixində Report məlumat verib.
Belə ki, Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində “Tofaş” markalı avtomobilin sürücüsü, polis nəfəri, 1992-ci il təvəllüdlü İlham Cabbarlının idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yol kənarındakı ağaca çarpılıb.
Nəticədə sürücü və 32 yaşlı sərnişin Hafiz Mahmudlu hadisə yerində vəfat ediblər. Digər sərnişin Elşad Əzizli isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.