Qəbələdə dağlıq ərazi yanır. Bu barədə 14 avqust tarixində Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə Qəbələ rayonunun Solquca kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə baş verib.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.