Qəbələdə dağlıq ərazidə bir nəfər itkin düşüb. Bu barədə 27 iyul tarixində Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verib.
Hadisə iyulun 25-də baş verib. İmişli rayon sakini, 23 yaşlı Çingiz Tapdıqov qohumunun evində qalarkən dağlıq əraziyə gedib və geri qayıtmayıb.
Daha sonra qohumu Ç. Tapdıqovun itkin düşməsi barədə polisə xəbər verib.
Hazırda onun axtarışları davam etdirilir.