Qəbələdə hərəkətdə olan mikroavtobusla minik avtomobili toqquşub. Bu barədə 26 may tarixində Report məlumat verib.
Məlumata görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Qəbələ rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza nəticəsində yaralananlar var.
Hazırda hadisə yerində araşdırma aparılır, xəsarət alanların şəxsiyyətləri dəqiqləşdirilir.
[playlist type="video" tracklist="false" ids="117077"]