Qəbələdə qanunsuz saxlanılan ov tüfəngləri götürülüb. Bu barədə 9 noyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Belə ki, İmamlı kənd sakini T.Məhərrəmovdan qanunsuz saxladığı 1 ədəd “BUM” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.
Həmçinin Məmmədağalı kənd sakinləri olan Ağayev qardaşlarının hər birindən qanunsuz saxladıqları 1 ədəd “İJ-16” markalı ov tüfəngi, 2 ədəd patron aşkar olunaraq götürülüb.