Qəbələ rayonunun Bum qəsəbəsində vətəndaşa məxsus həyətyanı sahədəki şabalıd ağacı yanıb və ətraf üçün təhlükə yaranıb. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 4 may tarixində xəbər verir.
Yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış ilkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub.
Hadisənin Vüqar Aslanov tərəfindən törədildiyi müəyyən olunub və vətəndaş törətdiyi əməli etiraf edib.
Faktla bağlı toplanılmış materiallar aidiyyəti üzrə göndərilib.
[caption id="attachment_114754" align="alignnone" width="696"]
Foto FHN-in rəsmi saytı[/caption]