Qəbələdə xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda məlumatı İnsanoid bu gün, 25 fevral tarixində Apa.az-a istinadən verir.
Hadisə Qəbələ - Ağdaş yolunda, Savalan kəndi ərazisində baş verib.
“Mercedes” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində Göyçay sakinləri – 33 yaşlı Elşən Səmədov, 31 yaşlı Elgün Səmədov və Qəbələ rayon sakini, 51 yaşlı Əjdər Şərifzadə müxtəlif dərəcəli xəsarətlər alıblar.
Onlar xəstəxanaya çatdırılıblar, vəziyyətlərinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.