"Qəbələ" klubunun sabiq futbolçusu Sabien Lilay peşəkar karyerasını başa vurub. Bu barədə Report 20 may tarixində xəbər verib.
Albaniyalı yarımmüdafiəçi 34 yaşında futbolla vidalaşıb.
O, son oyununu ölkəsinin "Dinamo" komandasında "Luzit 2008" kollektivinə qarşı keçirib.
Albaniya millisinin sabiq üzvü "Qəbələ"də 2018/2019 mövsümündə çıxış edib.