top
Qəbirləri qazaraq qızıl dişləri oğurlayanlar tutulublar
02 iyun 2023, 03:45
- +

Qəbirləri qazaraq qızıl dişləri oğurlayanlar tutulublar

Salyanda qəbirləri qazaraq dəfn olunmuş şəxslərin qızıl dişlərini oğurlayan 3 nəfərdən ibarət dəstə saxlanılıb. Bu barədə İnsanoid bu gün, 2 iyun tarixində xəbər verir.

Rayonun Arbatan və Kürqaraqaşlı kəndləri ərazisindəki qəbiristanlıqlarda iki qəbri qazaraq dəfn olunmuş şəxslərin qızıl dişlərini oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakinləri Abas Abasov, Xəyal Mustafayev və Rəsul Elyasov saxlanılaraq, Salyan RPŞ-yə gətiriliblər.

Hər üç şəxs törətdiyi əməli etiraf edib. Aparılan araşdırmalar zamanı məlum olub ki, A.Abasov, X.Mustafayev və R.Elyasov mayın 7-də gündüz saatlarında rayonun Arbatan kəndi ərazisində yerləşən qəbiristanlığa gələrək sonuncunun vəfat edən bibisinin məzarını qazıb, onun iki qızıl dişini çıxararaq oradan uzaqlaşıblar. Gecə saatlarında isə adı çəkilən şəxslər rayonun Kürqaraqaşlı kəndi ərazisində yerləşən qəbiristanlığa gələrək, bu dəfə başqa bir məzarı qazıblar və orada dəfn olunan şəxsin 4 qızıl dişini götürüblər.

Hadisədən sonra rayonu tərk edən dəstə üzvləri qızıl dişləri sataraq əldə etdikləri pulları öz aralarında bölüblər.

Saxlanılan zaman A.Abasovdan və R.Elyasovdan narkotik maddə olan heroin də aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Son xəbərlər

Bütün Xəbərlər
Dünən, 14:53

Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb

Bütün Xəbərlər
Dünən, 14:29

Kobaxidze Azərbaycanla əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini müzakirə edib

Bütün Xəbərlər
Dünən, 14:00

Hesablama Palatasına yeni səlahiyyətlər verilib

Bütün Xəbərlər
Dünən, 13:58

Azərbaycanda "Dövlət auditi" informasiya sistemi yaradılır

Bütün Xəbərlər
Dünən, 11:49

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

Bütün Xəbərlər
Dünən, 10:53

Doqquz illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Bütün Xəbərlər
Dünən, 10:50

Bəzi yerlərdə leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Bütün Xəbərlər
Dünən, 09:49

Xankəndi şəhərinə növbəti köç yola salınıb

Bütün Xəbərlər
13 avqust 2026, 17:24

DİM sədri ixtisas qrupları üzrə müsabiqə vəziyyətinə aydınlıq gətirib

Bütün Xəbərlər
13 avqust 2026, 16:11

İlham Əliyev "Toxumçuluq haqqında" Qanunu təsdiqlədi

Bütün Xəbərlər
13 avqust 2026, 15:08

Zəhərlənənlərin sayı 11-ə çatdı – YENİLƏNDİ

Bütün Xəbərlər
13 avqust 2026, 09:42

DYP piyadalara müraciət edib

Bütün Xəbərlər
12 avqust 2026, 17:15

Eyni bal toplayan abituriyentlər hansı şərtlər əsasında fərqləndirilir? – Bunları mütləq öyrənin!

Bütün Xəbərlər
12 avqust 2026, 16:13

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlanıb

Bütün Xəbərlər
12 avqust 2026, 12:10

Azərbaycanın İsveçdəki səfiri dəyişdirilib

Bütün Xəbərlər
12 avqust 2026, 11:25

Azərbaycanın Latviyadakı səfiri geri çağırılıb

Bütün Xəbərlər
12 avqust 2026, 11:02

Naxçıvan dəmir yolu şəbəkəsinin yenidən qurulması davam edir

Bütün Xəbərlər
12 avqust 2026, 11:00

Naxçıvanda əsaslı təmir olunacaq yolların siyahısı müəyyənləşib

Bütün Xəbərlər
12 avqust 2026, 10:28

Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb

Bütün Xəbərlər
11 avqust 2026, 12:32

Fransanın kolonial istismar mexanizmlərinə qarşı "Korte Bəyannaməsi" qəbul edilib

Bütün Xəbərlər
10 avqust 2026, 18:08

II-III ixtisas qrupları üzrə qəbul şərtləri və plan yerləri açıqlanıb

Bütün Xəbərlər
10 avqust 2026, 18:02

I ixtisas qrupu üzrə 16 265 dövlət sifarişli plan yeri ayrılıb

Bütün Xəbərlər
10 avqust 2026, 17:29

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Bütün Xəbərlər
10 avqust 2026, 15:17

Moldova Moskvadakı səfirini geri çağırır

Oxşar xəbərlər