top
Qədim insan məskəni, türk qayaüstü rəsmləri, alban monastrları - KƏLBƏCƏRİN TARİXİ
25 noyabr 2024, 00:00
- ↺ +

Qədim insan məskəni, türk qayaüstü rəsmləri, alban monastrları - KƏLBƏCƏRİN TARİXİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Düz dörd il əvvəl bu gün bütün Azərbaycan Kəlbəcərin işğaldan azad edilməsini bayram kimi qeyd etdi. Rəsmi Bakı bir güllə atmadan əzəli torpağını özünə qaytardı, 28 illik işğala son qoydu. 10 noyabr Bəyanatına əsasən, Kəlbəcər 15 noyabrda qaytarılmalı olsa da, Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadıldı. Buna səbəb isə ərazinin mürəkkəb relyefli, böyüklüyü göstərildi. Amma məğlubiyyəti həzm edə bilməyən ermənilər bölgəni tərk edəndə ekoloji terrora əl atır, meşələri və evləri, həyətləri yandırır, bir sıra yerlərə mina basdırıblar. Kəlbəcər qədim tarixinə, 30 mindən çox bulağına, zəngin meşələrinə, sıldırım qayalarına, gözəl təbiətinə görə Azərbaycanın İsveçrəsi adlandırılır. Ən qədim insan yaşayış məskənlərindən biri olan rayonda çoxsaylı tarixi abidələr var.

[gallery link="file" columns="1" size="full" ids="206434"]

Kəlbəcər toponimi

Kəlbəcər toponimi qədim türkcədə çay üsyündə qala deməkdir. Sözün ilkin forması Kevliçer olub. Kevli çay üstü, çer,çar isə qala mənasını verir. Tərtərçay boyunca yerləşən qayada süni qədim mağaralar mövcuddur. Bu səbəbdən də alimlər Kəlbəcər toponimini kevil/kəvl və qədim türkcədəki cər komponentləri ilə əlaqələndirirlər. Cər qədim türkcəmizdə qaya, yarğan mənasını verir.

Bir  versiyaya görə isə, kevli sözü çayın üstü yox, çay mənsəbi mənasını verir. Car, cər sözü isə dərə, yarğan və əks tərəf mənasına gəlir.

Alimlərin Kəlbəcər sözünün mənası ilə bağlı müxtəlif versiyaları var. Bunlardan biri də “gəl becər” kimi izah edilir. Təbiəti zəngin olan rayon üçün bu versiya da ağlabatan səslənir.

Maraqlıdır ki, rayonun adını Kərbalayı Həcərlə bağlı olduğunu irəli sürənlər də var. İddiaya görə, bu ərazi Həcər xanımın adı ilə bağlıdır.

Digər bir versiyaya görə isə, kəl ərəb sözüdür və Kəlbəcər “it yolu” deməkdir.

Fikirlər müxtəlif olsa da, bir çox alimin qərar verdiyi versiye Kevliçer, yəni çay üstündə qala, mağara versiyası daha çox qəbul edilir və ağlabatandır. Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır.

Qədim insan məskəni

Kəlbəcər rayonunda aparılan arxeoloji qazıntılar sübut edir ki, ərazi ən qədim insan məskənlərindən biridir. İbtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır və bu dövrün yaşı 4 milyon ildir. Qayalardakı mağaralardan yaşı 30 min ildən çox olan əmək alətlərinin tapılması da bu fikri təsdiqləyir. Zar düşərgəsində tapılan ilk əmək alətləri Tunc dövrü və ya Kür-Araz mədəniyyəti adlanır. Çünki bu mədəniyyətin əsas yaranma və yayılma arealı Kür-Araz ovalığıdır.

Eyni zamanda qayaüstü rəsmlərin də yaşı 6 min olaraq hesablanır. Maraqlıdır ki, qayaüstü rəsmlərdə çöp şəkilli qədim türk əlifbası nümunələrinə də rast gəlmək mümkündür.

[gallery link="file" columns="1" size="full" ids="206433"]

Daş abidələr türklüyün, atəşpərəstliyin, xristianlığın və İslamın nişanələrini daşıyır. Yuxarıda da qeyd etdiyimiz kimi, qədim türklərin yaşayış məskəni olan rayonda “Türk qəbirstanlığı” kimi tanınan bir neçə qədim məzarlıq da var. Bu məzarlıqlar Alıbəyli, Zar və digər kəndlərdə mövcuddur. Qəbirstanlıqdakı at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlər ərazinin türk və İslam mədəniyyətini sübut edir.

1968-ci ildə Kəlbəcərin Qaragöl, Zalxa gölləri sahillərindəki, Ayıçınqıllı və Pəriçınqıllı dağlarındakı qayalara həkk edilmiş təsvirlər tədqiq edilib. Rayonda məskən salan albanların izləri, qayaüstü rəsmləri, küp qəbirləri alimlərin böyük marağına səbəb olub.

1976-cı ildə Kəlbəcər qaya təsvirlərinin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycanda ilk dəfə olaraq yaşayış yeri aşkar edilib. Burada diametri təqribən 20 metr olan dairəvi tikili qalığı üzə çıxarılıb. Mürəkkəb quruluşlu bu tikilinin divarları (qalınlığı 2 metrə qədər) qaya parçalarından və çay daşlarından hörüldüyü bir daha bizə əsas verir deyək ki, bura ilk insan məskəni olub. Çünki o cür nəhəng qaya parçalarını sonrakı nəsil çətin ki, yerindən tərpədə bilsin. Həmin yaşayış yerlərində o dövrə aid, yəni b.e.ə. III minilliyə dair gil qab qırıqları, dən daşları, dəvəgözü və çaxmaqdaşından hazırlanmış bıçaqlar, ox ucluqları və s. də tapılıb. Burada aşkar edilmiş qaya təsvirləri ilə bir dövrdə (Tunc dövrü) yaşayış yerli tayfaların iqtisadi, sosial və mədəni həyatı haqqında təsəvvür yaranır.

Kəlbəcərin tarixi abidələri

Kəlbəcər bir sıra qala və tarixi abidələri ilə məşhurdur. Qalalar əsasən karvan yollarının üzərində inşa edilib ki, bu yollara nəzarət etmək mümkün olsun. Löh qalası ən məşhur qalalardan biridir. Qalada qayadan yonulmuş 3-5 metr dərinliyi olan quyular ərzaq və su saxlamaq üçün nəzərdə tutulub.

Comərd qalası ən hündürdə yerləşən qaladır və Tutquçay ərazisinin giriş qapısı hesab edilir. Comərd kəndindən xeyli yuxarıda, meşənin içindəki qayalıq ərazidə inşa edilib. Bundan əlavə, Qaraçanlı kəndi yaxınlığında Qaraçanlı və ya digər adı ilə Uluxan qalası da var.

Laçınqaya abidəsi monqolların hücumu zamanı dağıdılıb. Qalaboynu qalası da dağıdılmış və məhv edilmiş qalalardan biridir.

Azərbaycan albanlarının gözəl memarlıq nümunələrinə Kəlbəcər dağlarında tez-tez rast gəlmək olur. Bunlardan ən önəmlisi Xudavəng məbəd kompleksidir. VI-VII əsrdə inşa edilən bu abidə Ağdərə-Kəlbəcər magistral yolunun üstündəki Bağlıpəyə kəndindən aşağı, Kəlbəcər şəhərinin 29 kilometrliyində yerləşir. 13-cü əsrdə yaşamış Xaçın knyazı Həsən Cəlalın həyat yoldaşı Minə Xatun burada dəfn edilib.

Kəlbəcərin digər məşhur monastrı isə Vəngli kəndindəki Xaçın çayının sol sahilində, dağda ucaldılan Qandzasar monastrıdır. Monastırın divarında daş üzərindəki epiqrafik yazıda bildirilir: “Yüksək və böyük Arsax ölkəsinin hökmdarı, geniş vilayətin çarı, Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu Həsən Cəlal Dövlə və anası Xorişə Xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilmişdir”.

Gördüyümüz kimi, təbiəti və tarixi ilə zəngin olan Kəlbəcər Azərbaycanın ən qədim insan məskənlərindən biri olmaqla yanaşı, Albaniya knyazlığının, qədim türklərin izlərini daşıyır...

Hikmət Həsənov

[gallery columns="1" link="file" size="full" ids="206438"]

Son xəbərlər

İqtisadiyyat
Dünən, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
Dünən, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
Dünən, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
Dünən, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
30 oktyabr 2026, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
30 oktyabr 2026, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
30 oktyabr 2026, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
30 oktyabr 2026, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
30 oktyabr 2026, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
30 oktyabr 2026, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
30 oktyabr 2026, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
30 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər