Basketbol üzrə qadınlardan ibarət millimiz növbəti Avropa çempionatının (EUROBASKET) seçmə mərhələsində iştirak edəcək. Bu barədə 20 iyul tarixində Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.
Bu, Azərbaycan qadın basketbolu tarixində bir ilkdir.
Çempionat FİBA-nın bayrağı altında 2025-ci ildə təşkil olunacaq.
Qitə birinciliyinin final mərhələsinin hansı ölkələrdə baş tutacağı hələ ki bilinmir.