Ağdam rayonunun işğaldan azad olunan Nəmirli kəndinin minalardan təmizlənməsi üçün Azərbaycanın ilk minaaxtaran qadınları fəaliyyət göstərirlər. Bu ərazidə 25 nəfərdən ibarət qadın minaaxtaran qrupu çalışır. Bu barədə APA 15 fevral tarixində xəbər verib.
Bunu Ağdamda təşkil olunan media-turda jurnalistlərə açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev deyib.
Qadın minaaxtaranlar Ağdam rayonunun Nəmirli kəndi ərazisində hazırda 17 hektar ərazidə mina təmizləmə işləri aparırlar. Növbəti mərhələdə bu ərazi təmizləndikdən sonra digər ərazilərdə də qadın minaaxtaranlar tərəfindən təmizləmə işləri davam etdiriləcək.
O, qadın minaaxtaranlarla bağlı layihənin icrasına ötən ilin iyun ayında başlanıldığını bildirib. Qeyd olunub ki, Avropa İttifaqının, ABŞ Dövlət Departamentinin dəstəyi ilə həyata keçirilən layihə üzrə ilkin olaraq, 43 qadın müraciət edib: “30-a yaxın xanımla fəaliyyətə başladıq. Layihənin icrasında ANAMA bizə hərtərəfli dəstək verir. Hazırda olduğumuz ərazilər Qarabağda minalarla ən çox çirkləndirilmiş ərazidir. Bu ərazilərdən bir az o tərəfə keçmiş təmas xəttidir”.
BAMF rəhbəri minatəmizləmə işlərinin üç üsulla - əllə, itlərlə və siçovullarla aparıldığını açıqlayıb: “Hazırda havaların soyuq keçməsi səbəbindən ərazidə siçovullardan istifadə olunmur. Yaz aylarında yenidən siçovullardan da istifadə olunacaq".
[caption id="attachment_162504" align="alignnone" width="696"]
Foto APA.az saytı[/caption]