Bakıda "Mina Təhlükəsi ilə Mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” adlı 2-ci beynəlxalq texniki tədbir çərçivəsində qadın minatəmizləyənlərin 4-cü sertifikatlandırma mərasimi keçirilib.
Bu barədə 28 noyabr tarixində Report məlumat verib.
Sertifikatları Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko, ANAMA İdarə Heyətinin sədr müavini Samir Poladov, BMT İnkişaf Proqramının rezident əlaqələndiricisi Alessandra Roccasalvo, BAMF-nin prezidenti Umud Mirzəyev, MAG-nin Azərbaycan üzrə direktoru Joanne La Terriere təqdim ediblər.