Naxçıvanda göldə 2 nəfər bataraq ölüb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 22 iyul tarixində xəbər verir.
Naxçıvan MR Babək rayonunun Uzunoba gölündə batan şəxsləri xilas etməyə çalışan fədakar polis əməkdaşı boğularaq həyatını itirib.
Bu gün xidmətdənkənar vaxt ailəsi ilə həmin gölün kənarında istirahət edən 41 yaşlı polis serjantı Vusal Quliyev suya atılaraq göldə boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib. Daha sonra uşağın anası — 39 yaşlı Səadət Aslanlını xilas etmək istəyərkən polis əməkdaşı da onunla bərabər suda boğularaq ölüblər.
Məlumatı Naxçıvan MR DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.