top
Qalib Azərbaycan Ordusu, bayramın mübarək!
25 iyun 2024, 22:15
- ↺ +

Qalib Azərbaycan Ordusu, bayramın mübarək!

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

26 İyun Silahlı Qüvvələr Günüdür. Bu şanlı günün tarixi əsası 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissənin yaradıldığı günə təsadüf edir. Həmin il AXC hökuməti tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi qarşıya qoyuldu.

Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olunaraq, ilk nazir Xosrov bəy Sultanov təyin edildi. Dekabrın 25-də general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin olundular. Ordu quruculuğu sahəsində ilk uğur da həmin il sentyabrın 15-də qazanıldı. Milli Ordu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. İlk hərbi parad 1919-cu ildə Bakıda indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirildi. 1920-ci il Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi, 15 general Nargin adasında güllələndi, vətənpərvər hərbçilər repressiya qurbanı oldular.

Müasir Azərbaycan Milli Ordusunun yaradılması isə 1991-ci ilə, müstəqilliyin bərpasından sonrakı dövrə təsadüf edir. Ümummilli liderin hakimiyyətə qayıdışından sonra Milli Ordu Quruculuğunda yeni canlanma yarandı. Dahi şəxsiyyətin çağırışı ilə genişmiqyaslı səfərbərlik keçirildi, hərbi hissələr nizamlandı. Azərbaycan Ordusunun ilk uğuru 1994-cü ilin yanvarın 5-dən 6-na keçən gecə Füzuli rayonunun 20 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin işğaldan azad edilməsi ilə başladı. Ordu quruculuğu işinə böyük önəm verən ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan olundu.

Bu gün Müasir Azərbaycan Ordusu Ali Baş Komandan, ümummilli lider Heydər Əliyev siyasi irsinin uğurlu davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi altında öz tarixinə zəfər imzası atmış Ordu kimi bütün vətəndaşların qürur mənbəyidir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Ordumuzun qazandığı şanlı Qələbə Azərbaycan tarixinə qızıl hərflərlə həkk olundu. Cəmi 44 gün davam edən müharibədən zəfərlə çıxaraq, 5 şəhər, 4 qəsəbə və 300-dək kəndin işğaldan azad edilməsinə nail olundu.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 11:17

İpoteka və Kredit Zəmanət Fondu gələn il büdcədən 89 milyon manat alacaq

Yerli xəbərlər
Bu gün, 11:14

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat olacaq

Yerli xəbərlər
Bu gün, 10:25

Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi

Yerli xəbərlər
Bu gün, 09:57

Skuter və velosiped sürənlərə çağırış: Piyada zolağından yeriyərək keçin! - Video

Yerli xəbərlər
Bu gün, 09:47

Qırğızıstanda 21 min dollarlıq dələduzluğa görə prokurorluğun xanım "polkovnik"i saxlanılıb

Yerli xəbərlər
Bu gün, 09:21

DYP dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Yerli xəbərlər
Dünən, 17:40

Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

Cəmiyyət
Dünən, 16:31

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Siyasət
Dünən, 16:22

Azərbaycan və Şri-Lanka dövlət xidmətləri sahəsində memorandum imzalamağı planlaşdırır

Cəmiyyət
Dünən, 16:19

Dövlət Ehtiyatları Agentliyinin Əsasnaməsi və strukturu təsdiq edilib

Cəmiyyət
Dünən, 16:12

Azərbaycan aeroportlarında VİP salondan istifadə hüququ olan vəzifəli şəxslərin siyahısı dəyişib

Cəmiyyət
Dünən, 15:09

Londondan qalxan təyyarə partlayış təhlükəsinə görə Polşada təcili eniş edib

Cəmiyyət
Dünən, 14:24

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Cəmiyyət
Dünən, 14:03

Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir

Cəmiyyət
Dünən, 13:26

Dövlət qulluğu imtahanlarının vaxtı və qaydaları açıqlanıb

Cəmiyyət
Dünən, 13:07

Vaqif Mustafazadənin qızı Paris Operasından ekranlara - FOTO

Cəmiyyət
Dünən, 12:56

Sabah Bakıda hava yağmursuz olacaq

Cəmiyyət
Dünən, 12:45

Elmi dərəcəli hərbçilər üçün leytenant rütbəsində olma müddətinin azaldılması qəbul edilib

Cəmiyyət
Dünən, 12:30

DİN KMBİ Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat keçirib - VİDEO

Yerli xəbərlər
Dünən, 12:24

Şəmkirdə 13 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb

Cəmiyyət
Dünən, 12:19

Kiyev yaxınlığında münaqişə: Petropavlovskaya Borşaqovkada nə baş verib?

Cəmiyyət
Dünən, 12:17

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Cəmiyyət
Dünən, 12:00

Özəl təyyarələrlə uçuş nə dərəcədə təhlükəsizdir?- SON iki günün ən çox müzakirə olunan mövzusu

Siyasət
Dünən, 11:38

Prezident İlham Əliyev Panama Prezidentini milli bayram münasibətilə təbrik edib

Oxşar xəbərlər