Ağdaş, Bərdə, İmişli, İsmayıllı, Oğuz və Qax rayonlarında qanunsuz olaraq ağacların kəsilməsinə görə 10 cinayət işi başlanılıb. Bu barədə aprelin 11-də Baş Prokurorluq xəbər verib.
Sözügedən ərazilərdə ağacların kəsilməsi nəticəsində təbiətə 200 000 manat həcmində ziyan vurulub.
Faktlarla bağlı “qanunsuz ağac kəsmə”, “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “səhlənkarlıq” maddələrilə cinayət işləri açılıb.