Xəzər dənizinin Bakı şəhəri, Xaçmaz, Xızı, Salyan, Neftçala, Lənkəran, Astara rayonlarının akvatoriyasında, Şəmkir su anbarında və “Cənub” kollektorunda balıq ovlayan şəxslər saxlanılıb. Bu barədə 14 aprel tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat verib.
Məlumata əsasən, qanun pozan şəxslərdən istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Faktla bağlı araşdırma aparılır.