Qəbələ və Quba rayonları ərazisində vətəndaşların həyətyanı sahələrində ağac kömürü istehsal edilən 3 kömür quyusu aşkar olunub.
Bu barədə 17 aprel tarixində APA məlumat verib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Qəbələ rayonunun Nic qəsəbə sakinləri Qurban Mehdiyev, Mixail Xalatov və Quba rayonunun Vladimirovka kənd sakini Mövsüm Mursəliyev olduqları müəyyən edilib:
“Qanunsuz kömür istehsal edən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb, kömür quyuları isə ləğv olunub”.