Bakı, Sumqayıt və Qəbələdə qanunsuz olaraq silah saxlayan 5 şəxs tutulub. Bu barədə aprelin 12-də Daxili İşlər Nazirliyi məlumat paylaşıb.
Paytaxtda saxlanılan şəxslərdən “TT” markalı tapança, 8 patron, 1 daraq, 2 ədəd müvafiq sənədləri olmayan “TOZ” və “İJ” markalı tüfəng və onların 43 patronu aşkarlanıb.
Sumqayıtda keçirilən tədbir zamanı “Naqan” markalı tapança və 2 patron götürülüb. Qəbələdə isə “Brauning” konstruksiyalı tapança, 9 patron, daraq, “Kalaşnikov” markalı avtomat, onun darağı və 27 patronu aşkar edilib.
Faktlarla bağlı cinayət işi açılıb. Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.