Imişlidə qanunsuz ov edən əcnəbi vətəndaşlar saxlanılıblar. Bu barədə 17 yanvar tarixində Report-a istinadən məlumat veririk.
Hadisə rayonun Xələfli kəndi ərazisində qeydə alınıb. Belə ki, Yəmən vətəndaşı Al-Jaberı Mohammed Othman Hasan Munef və ABŞ vətəndaşı Al Saraj Hamad qanunsuz ovla məşğul olublar.
Brakonyerlər barədə protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.