Ölkənin bir sıra rayonlarında qar avtomobil yollarında çətinliklər yaradıb. Bu barədə martın 17-də Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Hazırda Muğanlı-İsmayıllı yolunun Basqal qəsəbəsi ərazisində, Bakı-Şamaxı-Yevlax yolunun “Muğanlı dairəsi” adlanan hissəsində fəsadların aradan qaldırılması üçün tədbirlər görülür.
Bununla yanaşı, sürüşmə səbəbindən yolda qalan sürücülərə köməklik göstərilir.