"Aqroservis" ASC-nin aprelin 15-də hərraca çıxaracağı Qarabağ atlarının ilkin satış qiymətləri açıqlanıb. Bu barədə 7 aprel tarixində Cəmiyyətin Facebook səhifəsində məlumat verilib.
Məlumata görə, hərraca 3 Qarabağ atı - Sahil, Zilaxar və Sultan çıxarılacaq. Atların ilkin satış qiymətləti 5-30 min manat civarında dəyişəcək. Yekun qiyməti isə auksionda alıcılar müəyyənləşdirəcək.
Qeyd edək ki, Qarabağ atlarının satışı mütəmadi olaraq həyata keçiriləcək.