Noyabr ayında keçiriləcək “Qarabağın tarixi-mədəni irsi” respublika elmi konfransına məqalə qəbul edilir. Bu haqda aprelin 12-də Milli Azərbaycan Tarixi Muzeyi məlumat verib.
Konfrans 2022-ci ilin noyabr ayında keçiriləcək.
Konfransda iştirak etmək üçün məruzələr iyunun 1-dək [email protected] və [email protected] ünvanlarına göndərilməlidir.
Konfrans Qarabağın maddi-mənəvi irsi və muzeylər, Qarabağın abidələri və görkəmli ziyalıları mövzularını əhatə edəcək.