Portuqaliyanın "Maritimu" klubunun futbolçusu Diderik Joel karyerasını Azərbaycanda davam etdirə bilər. Bu barədə Report 21 iyun tarixində xəbər verib.
"Qarabağ" 30 yaşlı hücumçu ilə maraqlanır.
Nəşr "Maritimu"nun aşağı liqaya düşdüyü üçün kamerunlu forvardın növbəti mövsüm komandada qalmayacağının dəqiq olduğunu bildirib.
Ağdam təmsilçisinin həm kluba, həm də oyunçuya təklif göndərdiyi vurğulanıb. Son qərarı Madeyra təmsilçisinin verəcəyi diqqətə çatdırılıb.
Diderik Joel son olaraq icarə əsasında Səudiyyə Ərəbistanının "Əl-Həzm" klubunun formasını geyinib. Afrikalı hücumçu 15 matçda 7 qola imza atıb.