“Qarabağ” FK yeni transferini açıqlayıb. Bu barədə APA 26 iyun tarixində xəbər verib.
Azərbaycan klubu Portuqaliya Premyer Liqasının təmsilçisi, "Grupo Desportivo de Chaves" klubunda çıxış etmiş Vieyra Juninyonu transfer edib.
26 yaşlı braziliyalı hücumçu ilə 3 illik müqavilə imzalanıb.
Juninyo “Qarabağ”da 18 nömrəli formada çıxış edəcək.