Azərbaycan çempionu "Qarabağ" qapıçı Fabiyan Buntiçi heyətə cəlb edib. Bu barədə İnsanoid klubun mətbuat xidmətinə istinadən bu gün, 11 iyun tarixində xəbər verir.
Ağdam təmsilçisi ilə 27 yaşlı qolkiper arasında üçillik müqavilə imzalanıb. Yeni transfer 2027-ci ilin yayına qədər komandada çıxış edəcək.
Buntiçin son klubu 2022-ci ildən şərəfini qoruduğu Portuqaliya təmsilçisi “Vizela” olub. O, bunadək karyerasına başladığı Almaniyanın “İnqolştadt” klubunda forma geyinib.
"Qarabağ"ın yeni qapıçısı Xorvatiyanın U-18 və U-19 milli komandalarında da oynayıb.