“Qarabağ”ın Polşa klubu “Legiya” ilə keçirəcəyi yoxlama görüşünün vaxtı müəyyənləşib. Bu barədə Report 20 iyun tarixində xəbər verib.
Qarşılaşma iyulun 1-də Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Bu, Azərbaycan çempionunun Avstriya təlim-məşq toplanışı çərçivəsində ikinci sınaq matçı olacaq. Qurban Qurbanovun kollektivi polşalılara qədər iyunun 27-də Macarıstan klubu “Ferentsvaroş”la üz-üzə gələcək.
2023/2024 mövsümündə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın I təsnifat mərhələsindəki rəqibi bu gün bəlli olacaq.