Səfərdə Fransanın “Nant” klubu ilə qarşılaşan “Qarabağ” 1:2 hesabı ilə məğlub olub.
Bu barədə 28 oktyabr tarixində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası məlumat verib.
“Qarabağ”ın qolunu 56-cı dəqiqədə penaltidən Filip Ozobiç vurub.
Təmsilçimiz qrupun sonuncu oyununu noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda Almaniyanın “Frayburq” klubuna qarşı keçirəcək.