Qarabağ Universitetində Azərbaycan dili, tarix, riyaziyyat, data analitikası, iqtisadiyyat, təhsil, fizika, hüquqşünaslıq, psixologiya və sosiologiya istiqamətləri üzrə müəllim vakansiyası elan edilib.
Bu barədə İnsanoid Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə istinadən bu gün, 11 iyun tarixində məlumat verir.
Qeyd olunub ki, universitetdə daimi əsaslarla işləyən əməkdaşlar Xankəndi şəhərində tədris ilinin əvvəlindən başlayaraq işlədikləri müddətdə mənzillə təmin ediləcəklər.
Müraciət üçün son gün 25 iyun tarixidir.