Qarabağ Universitetinin ilk tələbəsi bəlli olub. Bununla bağlı Qarabağ Universitetinin rektoru Şahin Bayramov paylaşımında bu barədə məlumat verib. Bu barədə 15 iyun tarixində Unikal.az məlumat verib.
Rektor qeyd edib ki, ali təhsilini Qarabağda almaq istəyən gənc Mingəçevir şəhəri 17 saylı orta məktəbin məzunu Əli Rüstəmzadədir. O, 654 balla hüquqşünaslıq ixtisasını seçib.
Rektor abituriyentlərə müraciət edərək yazıb: "Qarabağ Universitetini seçin! İlk tələbəmiz olun! Qarabağ Universitetini birlikdə quraq!"