Qarabağ Universitetinin İncəsənət fakültəsində müəllim vakansiyası elan olunub.
Bu barədə 21 iyun tarixində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat verib.
Qarabağ Universitetində musiqişünaslıq, piano, violin, klarnet, saksafon, tar, kamança, saz, qanun, balaban, nağara, qarmon alətləri, xanəndəlik, rəsm, rəngkarlıq, sənətşünaslıq və milli vokal istiqamətləri üzrə müəllim vakansiyaları elan edilib.
Vakansiya üzrə son müraciət tarixi iyulun 7-sidir.