Qarabağ və Şərqi Zəngəzurda əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin sayı məlum olub. Bu barədə 27 noyabr tarixində Report Dövlət Miqrasiya Xidmətinə istinadən məlumat verib.
Bu günə qədər işğaldan azad olunmuş ərazilərdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün 2 903 nəfərə etibarlı iş icazələri verilib.
Həmin şəxslər 15 ölkənin vətəndaşlarıdır. Onların arasında Türkiyə vətəndaşları çoxluq təşkil edirlər.