Rusiya hakimiyyəti Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandanı Andrey Volkovu geri çağırmaq qərarına gəlib.
Bu barədə 25 aprel tarixində Report məlumat verib.
Qeyd olunub ki, Rusiya sülhməramlılarının yeni komandanı general-polkovnik, təcrübəli hərbçi, Rusiya müdafiə naziri Sergey Şoyqunun ən etibarlı adamlarından biridir.