2023-cü ildən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən hüquqi şəxslərin divident gəlirlərinin 10 il vergidən azad edilməsi nəzərdə tutulub.
Bu, Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb. Bununla bağlı 3 noyabr tarixində Report məlumat yayıb.
Dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) divident gəlirləri 2023-cü il yanvarın 1-dən 10 il müddətinə vergidən azad olunur.