"Qarabağ" klubunun 5 legioneri öz ölkələrinin millilərinə dəvət alıb. Bu barədə İnsanoid klubun mətbuat xidmətinə istinadən bu gün, 5 iyun tarixində xəbər verir.
Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər veririk ki, Marko Yankoviç və Marko Veşoviç Monteneqro, Yassin Benzia Əlcəzair, Luka Quqeşaşvili Gürcüstan, Patrik Andrade isə Kabo Verde millisinə çağırılıblar.
Qeyd edək ki, "Qarabağ" 2023/2024 mövsümündə Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub.