İşğaldan azad olunmuş Talış kəndi və Suqovuşan ərazilərinə süni intellektin proqram təminatı vasitəsilə təchiz edilən dronlar çatdırılıb. Bu barədə aprelin 14-də Report xəbər verib.
Dronlar ANAMA ilə Böyük Britaniyanın RPS Energy Ltd şirkəti arasında bağlanmış müqavilə çərçivəsində Qarabağda minalanmış sahələrin tədqiqatı üçün istifadə olunur.
2021-ci ildə süni intellektdən istifadə etməklə Zəngilan, Füzuli, Cəbrayıl, Tərtər və Qubadlı rayonlarında 18 000 hektar ərazi təhlil edilib.