“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniya "Olimpiya"sı ilə qarşılaşmasının dəqiq vaxtı açıqlanıb. Bu barədə 18 avqust tarixində Report məlumat verib.
Səfərdə keçiriləcək görüş avqustun 24-də Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyun isə saat 20:00-da start götürəcək.