Rusiyanın 2 klubu “Qarabağ”ın futbolçusu Andrey Lunyovla maraqlanır. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 29 dekabr tarixində xəbər verir.
Premyer Liqa təmsilçiləri “Rubin” və “Rostov” qapı xəttini 32 yaşlı qolkiperlə gücləndirmək fikrinə düşüblər. Hər iki klub Lunyovla müqavilə bağlamaq imkanlarını nəzərdən keçirir.
Andrey Lunyovun “Qarabağ”la müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir. Rusiya millisinin üzvü ölkəsində son olaraq, 2017-2021-ci illərdə “Zenit”in formasını geyinib.