“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin qolu sınıb. Bu barədə 17 yanvar tarixində “Qafqazinfo” xəbər yayıb.
Hadisə komandanın Antalyadakı təlim-məşq prosesi zamanı baş verib. 28 yaşlı qolkiper 2 ay yaşıl meydanlardan kənarda qalacaq. Bu da o deməkdir ki, Şahruddin Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə oyunları buraxacaq.
Qeyd edək ki, “Qarabağ” Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.