“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” Portuqaliya Kubokunda mübarizəni dayandırıb. Bu barədə İnsanoid bu gün, 11 yanvar tarixində xəbər verir.
“Braqa” 1/8 finalda “Benfika”ya məğlub olub.
Erkən qolla hesabı açmasına baxmayaraq, “Braqa”, 2:3 hesabı ilə uduzub. Bu görüşdə 90 dəqiqə meydanda qalan “Braqa”nın yarımmüdafiəçisi Joao Moutinyo karyerasında 1000-ci rəsmi matçını keçirib.
“Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə 22-də evdə keçirəcək.