"Qarabağ" klubu daha bir futbolçunun keçidini həll edib. Bu barədə İnsanoid klubun rəsmi feysbuk səhifəsinə istinadən bu gün, 15 iyul tarixində xəbər verir.
Ölkə çempionu son olaraq Serbiyanın "Partizan" komandasında çıxış etmiş Patrik Andradeni heyətinə qatıb.
30 yaşlı yarımmüdafiəçi 2020 - 2022-ci illərdə də Ağdam təmsilçisinin formasını geyinib.