"Qarabağ"ın Çempionlar Liqasındakı ilk rəqibi müəyyənləşib. Bu barədə İnsanoid bu gün, 19 iyun tarixində xəbər verir.
Azərbaycan çempionu II təsnifat mərhələsində "Hamrun" (Malta) – "Linkoln" (Cəbəllüttariq) cütünün qalibi ilə qarşılaşacaq.
Bu mərhələnin ilk görüşləri iyulun 23-24-də, cavab matçları 30-31-də keçiriləcək.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda mövsümə səfərdə başlayacaq.
I təsnifat mərhələsi iyulun 9-10-da və 16-17-də baş tutacaq.