Bakının Qaradağ rayonunda 17 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb. Bu barədə 25 noyabr tarixində Report məlumat verib.
Hadisə Sahil qəsəbəsində qeydə alınıb.
2006-cı il təvəllüdlü Zərbəliyev Murad Maqsud oğlunun idarə etdiyi motosiklet hərəkətdə olan minik avtomobilinə çarpılıb.
Yaralı xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.