Qaradağda avtomobil daş hasara çarpılıb. Bu barədə 14 iyun tarixində APA məlumat verib.
Belə ki, Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisindən keçən 32-ci kilometrliyində 1975-ci il təvəllüdlü, Sabirabad rayonunun Qaratoğay kəndində qeydiyyatda olan Mürsəlov Qalib Bibiqulu oğlu idarə etdiyi “QAZ 3110” markalı minik avtomobili ilə Qazax rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yolun sağ kənarındakı daş hasara vurub.
Nəticədə sürücü Qalib Mürsəlov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.