Qax rayonunda ölümlə nəticələnən yol qəzası olub. Bu barədə Report 26 may tarixində xəbər verib.
Qax-İlisu avtomobil yolunun rayonun İlisu kəndi ərazisindən keçən hissəsində Faiq Məmmədovun idarə etdiyi “VAZ-21015” markalı avtomobillə 1995-ci il təvəllüdlü rayon sakini Mahmud Bayramlının idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.
Hər iki sürücü və “VAZ-2106”dakı sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Göstərilən tibbi yardımlara baxmayaraq, M.Bayramlı xəstəxanada vəfat edib, digər iki nəfərin isə müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
“VAZ-21015” markalı avtomobilin sürücüsü Faiq Məmmədov polis əməkdaşıdır.